BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin – həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb oluna bilər. 

Islam313.info “SalamNews”a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“İş səviyyəsində, müxtəlif səviyyələrdə daimi təmaslar mövcuddur. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydın məsələdir ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”, deyə Peskov qeyd edib.

Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya öz öhdəliklərini yerinə yetirə bilməsə, BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Islam313.info

By Admin