Adətən yeni qurulan ailələrdə, işlərin yolunda getmədiyini ilk sezən xanımlar olur.

Buna səbəb xanımların evlənmədən öncə ailə həyatı ilə bağlı dolğun hədəflərə malik olmasıdır. Ailə həyatı qurmaq istəyən xanımın tək hədəfi sevdiyi şəxsə qovuşmaq deyil. O sevdiyi şəxslə arzusunda olub, yetişə bilmədiyi hədəflərə çatmaq istəyir. Kişilər isə əksər hallarda ailə ilə bağlı uzun müddətli hədəflərə malik olmadığından, ailədə yaranan boşluqları sezə bilmir.

Bunun üçün ailəni qorumaq və bu çatışmayan cəhətləri bərpa etmək vəzifəsi ilk olaraq qadının öhdəsinə düşür. Hədəfə çatmaq üçün doğru yolu yarıda qoymaq və ya tərk eləmək doğru seçim deyil, yoldaki problem və maneələri bir-bir aradan qaldırmaq lazımdır.

İlahiyyatçı alim Ruslan Seyidov