İraq-İran arasında olan Merhan sərhəd məntəqəsi hazırda minlərlə zəvvarla doludur. Ziyarətçilərə İraq ərazisinə keçməyə icazə verilmir. Bu barədə sentyabrın 13-də shia-news-a istinadən Sirat.az xəbər verib.

Sərhədlərin bağlanması İraqın İrandan etdiyi xahişə əsasəndir. Məlumata görə, sərhədlər növbəti açıqlamaya kimi bağlı qalacaq.

İraq tərəfi bunu ölkəyə çoxlu sayda zəvvar axını və onların təhlükəsizliyi ilə əlaqələndirir. Sərhədlərin bağlanmasından öncə isə 2 milyondan çox zəvvar İrandan İraqa daxil ola bilib. Yaranan problemin həlli üzrə işlərin davam etdiyi bildirilib.

Qeyd edək ki, İraq-İran sərhədi artıq 5 gündür ki, zəvvarların üzünə bağlıdır. Ərbəin gününə isə 4 gün vaxt qalıb.