Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Kanadada dindarlıqla bağlı aparılan yeni araşdırma göstərib ki, 1996-cı ildən bəri müsəlman əhalinin sayı 3 dəfədən çox artıb.

Beləliklə də, İslam dini ölkənin ən sürətlə artan dini olub.

Qeyd edilib ki, din əhalinin sayı ilə bağlı dəyişikliklər üçün mühümdür, çünki o, nikah, boşanma və doğum kimi mühüm demoqrafik faktorlara təsir edə bilir.

Bildirilib ki, hələ 1985-ci ildə Kanadada o qədər az müsəlman var idi ki, federal sorğuda İslam dini “digər dinlər” kateqoriyasına şamil edilmişdi.

Hazırda isə, Kanadada təxminən 1 053 945 müsəlman yaşamaqdadır.