Avstraliyadakı ictimai təşkilatlardan biri islamofobiya ilə bağlı araşdırma aparıb.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, təhqiqat nəticəsində sosial şəbəkədə ən çox islamofob məzmunlu paylaşımlar edən 3 ölkənin adı məlum olub.

Viktoriya İslam Şurasının araşdırmaçıları müəyyən ediblər ki, sosial şəbəkələrdəki İslam və müsəlmanlar əleyhinə olan məzmunun 86%-ni ABŞ, Böyük Britaniya və Hindistandan olan internet istifadəçiləri yaradırlar.

Qeyd edilib ki, Hindistanda islamofob məzmunlu paylaşımların əsas payı hakim millətçi Bharatiya Canata partiyası ilə bağlıdır. ABŞ-da islamofob məzmun ən çox Donald Trampın prezidentliyi dövrüdə müşahidə edilmişdi. Böyük Britaniyada isə belə bir tendensiya qaçqınların sayının çoxalması və Boris Consonun islamofob çıxışları ilə bağlıdır.

İslam313.info