Səfər ayının ortalarından başlayaraq baş tutacaq Ərbəin yürüşü və ziyarətininin təhlükəsizliyini və rahatlığını təmin etmək Nəcəf əyalətində bir həftəlik tətil elan edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Nəcəf əyalətinin valisi Macid əl-Vaili bəyanat verib.

Bildirilib ki, Ərbəin ziyarətinin təhlükəsizliyi və rahatlığının təmin edilməsi, habelə zəvvarların rahat daşınması üçün Nəcəfdə bir həftəlik tətil elan edilib.

Bundan öncə Kərbəla əyalətində də tətillə bağlı açıqlama verilib.

Qeyd edək ki, xarici zəvvarlar səfər ayının ortalarından başlayaraq Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edirlər. Onlar səfərin 20-də, yəni İmam Hüseynin qırıxnda özlərini Kərbəlaya çatdırırlar.

İslam313.info