“Şübhə etmirəm ki, sizin prezidentliyiniz dönəmi İran üçün daha sıx hərtərəfli regional əməkdaşlıqda yeni era olacaq”.

Bu sözləri Türkiyə prezidenti Ərdoğan İran prezidenti Rəisi ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan İmam Hüseyn (ə)-ın Kərbala qətliamının ildönümü ilə bağlı Rəisiyə başsağlığı verib.

Türkiyə prezidenti deyib ki, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurası ikitərəfli əməkdaşlıqda həlledici rol oynayır. O Tehranda yeni görüşün tezliklə baş tutacağına ümid etdiyini vurğulayıb.

Ərdoğan İranın Türkiyədə meşə yanğınları ilə bağlı hümanitar töhfəsini yüksək qiymətləndirib.(azpost.info)