Səudiyyə Ərəbistanı hökuməti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri aradan qaldıracaq. Bu barədə Həcc Nazirliyinin rəhbəri Tofiq Əl-Rəbi məlumat verib.

Islam313.info “Islam.az”a istinaden xeber verir ki, “Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq; heç bir yaş məhdudiyyəti olmayacaq”, – onun sözləri departamentin Twitter mikrobloqunda sitat gətirilib.

2019-cu ildə təqribən 2,6 milyon insan Həcc ziyarətinə gedib. Pandemiya fonunda krallıq hakimiyyəti 2020 və 2021-ci illərdə yalnız məhdud sayda zəvvarın, 2022-ci ildə isə 1 milyon insanın Həcc ziyarətinə getməsinə icazə verib. Eyni zamanda, 2022-ci ildə yalnız 18 yaşdan 65 yaşa qədər, tam peyvənd olunmuş və ya koronavirusa qarşı immuniteti olan, xroniki xəstəliyi olmayan şəxslər Həcc ziyarətinə gedə bilər.

2023-cü ildə Həcc ziyarəti iyunun 26-da başlamalıdır. Yanvarın 9-dan 12-dək Ciddədə Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin konfransı keçirilir, konfransda müxtəlif ölkələrdən həccin tənzimləyiciləri və təşkilatçıları iştirak edir.

Islam313.info

By Admin