İllərlə davam edən mübahisələrdən sonra Avropa Ədalət Məhkəməsi iş yerində hicab qadağasını qanuni elan edib.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, Bir neçə Avropa ölkəsində illərlə davam edən mübahisələrdən sonra Avropa Ədalət Məhkəməsi qadınların iş yerlərində islami hicabdan istifadə etməsi ilə bağlı qərar qəbul edib.

Bu məhkəmə bildirib ki, şirkətlər iş yerində hicabdan istifadəni qadağan edə bilər, bir şərtlə ki, bu qadağa ümumi olsun.

Bu hadisə o zaman başladı ki, müsəlman qadın Belçika şirkətində təlim kursuna getməyi planlaşdırarkən ona hicab taxa bilməyəcəyi bildirildi.

Qadın şikayətini Belçika məhkəməsinə təqdim edib. Məhkəmə də Avropa İttifaqının Ədalət Məhkəməsindən məsləhət istəyib.

Bu sorğuya cavab olaraq Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi aydınlıq gətirib ki, bu qadağada birbaşa ayrı-seçkilik yoxdur.

İslam313.info