Az.shafaqna.com xəbər verir ki, mərhum Ayətullah Əl Üzma Fazil Lənkəraninin həyat yoldaşı Hacıyə xanım vəfat edib.

Qumda çox sayda insanın cənazə mərasiminə qatılması ilə Mərhumə xanımın cənazə namazı qılınıb, daha sonra Həzrət Məsumənin (s.ə) ziyarətgahında dəfn olunub.

Cənazə namazı mərhumənin oğlu Ayətullah Lənkərani tərəfindən icra olunub.

Cənazə mərasiminə böyük alimlər, ictimai və siyasi xadimlər qatılıb.

Mərasimdə həmçinin böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani də iştirak edib.

İslam313.info