İraqın mərceyi-təqlidlərindən olan Ayətullah əl-Üzma Seyyid Məhəmməd Təqi Müdərrisi Ərbəin zəvvarlarına müraciət edib. Bu barədə İQNA-ya istinadən Sirat.az xəbər verir.

Mürəciətin məzmunu belədir:

  1. Sizə qızıl fürsət verildi. Allah sizə gündəlik həyatınızda günahdan təmizlənmə fürsəti verdi. Elə isə gəlin həyatın acılığından, yaxınlar arasında təfriqə və çətinlik yaradan hər şeydən nəfsimizi təmizləyək. İmam Hüseynə (ə.s) gedən yolumuzu gözəl, pak və səmimi bir yol edək.
  2. Bizim üçün ən təhlükəli olan kin, təəssübkeşlik, şəxsi maraqlar və dar düşüncəli baxışlardan özümüzü azad etməliyik. Bunlar bizim yüksəlməyimizə mane olur. Həmçinin bir-birimizə qarşı vəfalı olmalıyıq və bir-birimizlə etibarlı və layiqli münasibətlərimiz olmalıdır.
  3. Quranın təbirinə görə, vicdanlı və saleh möminlər Allahdan diləyirlər: “Qəlbimizdə möminlərə qarşı həsəd və kin qərar vermə”. İmam Hüseynin (ə.s) ziyarətnaməsində qeyd olunub: “Mən sizinlə sülhdə olanlarla sülhdəyəm. Sizinlə döyüşdə olanla mən də döyüşdəyəm”. Əhli-Beytə (ə.s) məhəbbət, yaxınlıq və həqiqi vilayət elə olmalıdır ki, bu, Allahın vilayəti olsun. Bu vilayətə nail olsaq, bir-birimizi sevəcəyik. Sevgi əməkdaşlığa və qarşılıqlı düşüncəyə səbəb olar və bununla da böyük arzular, məqsədlər həyata keçər.
  4. Bu gün millətimizin daha çox birliyə və məsləhətləşməyə ehtiyacı var. Allah Quranda saleh bəndələrinə nəsihət etməyi əmr edir və buyurur: “And olsun zamana ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” Tövsiyələr bütün insanlara aiddir. Heç kim özünü başqalarından ayrı hesab etməməlidir.
  5. Allah-təala “əmr be məruf və nəhy əz münkər” əmrinə tabe olmağı əmr edib. Bir-birimizlə əməkdaşlıq etmək öhdəliyimiz var. Dürüst iradə və milli əməkdaşlıqdan başqa yolla böyük məqsədlərə nail olmaq mümkün deyil.
  6. Hörmətli zəvvarlar! İmam Zeynul-Abdinin (ə.s) hüquq risaləsini öyrənmək, məsuliyyətimizi və onun müxtəlif cəhətlərini öyrənmək bizim vəzifəmizdir. İmam Hüseynin (ə.s) ziyarətinə gedən yolda üzərimizə düşən məsuliyyət və onu necə yerinə yetirəcəyimizi düşünək.
  7. Biz İmam Hüseynin (ə.s) hərəkatında bu ilahi yanaşmaya qoşulduqda, Həzrət Peyğəmbərin (s) səmavi düşüncəsindən və pak ruhundan dərin iman və güclü iradə əldə etdikdə, əslində dəyişiklik yolunda, fəsadla mübarizədə və cəmiyyəti islahat yolunda böyük bir məsuliyyət götürürük. Eyni zamanda, gözəl ədəb-ərkanı və başqaları ilə yaxşı ünsiyyəti unutmamalıyıq.

“Sonda Uca Allahdan diləyirik ki, builki Ərbəin ziyarəti əvvəlki illərdən daha bərəkətli olsun. Həmçinin bizə Peyğəmbərin (s) sünnəsinə və İmam Hüseynin (ə.s) yoluna itaət və əməl etməyi nəsib etsin”, – bu sözlərlə müraciət başa çatır.

İslam313.info