Ayətullah Sistani Pakistanın Pişəvər bölgəsində məsciddə törədilən terror aktına reaksiya verib.

İslam313.infoAz.shafaqna.com” a istinadən xəbər verir ki, böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin ofisi dünən bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bismillahir Rəhmanir Rəhim

انالله و اناالیه راجعون

İnna Lillahi və inna ileyhi raciun.

(Biz Allahdan gəldik, Ona tərəf dönəcəyik.)

Pakistanın Pişəvər bölgəsindəki imanlı qardaş və bacılarım, Allahın Salamı olsun sizlərə.

Bu gün (red:dünən) məsciddə (Kuça Risaldar) cümə namazı zamanı baş verən və çox sayda məsum insanın şəhid olması və yaralanması ilə nəticələnən bu hadisə, böyük hüzn və kədərə səbəb oldu.

Dəyərli əzizlər! Sizlərə və şəhid yaxınlarına səbir və başsağlığı verir, bu qanlı olaydakı şəhidlərə Allahdan rəhmət və uca məqam, yaralananlara isə şəfa diləyirəm.

Nəcəf Əşrəf Elmi Hövzəsi və Şiənin Böyük Mərcəiyyət məqamı, müsəlmanların vəhdətini hədəf alan bu dəhşətli və qanlı cinayəti qınayır, Pakistan hökümətini, məsum insanları terror qruplaşmalarının zülmündən və cinayətlərindən müdafiə etmək üçün tədbir görməyə, lazımi addımlar atmağa çağırır, radikal və təəssübkeş qrupların şiddətli və qansız hücumlarına məruz qalmasına izin veriməməsini istəyirlər.

30 Rəcəb, 1443 – Ayətullah Sistaninin ofisi, Nəcəf”

İslam313.info