İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Həcc mərasimi ilə bağlı bəyanat verib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Allaha həmd-səna, Məhəmməd Peyğəmbər (ə) və onun pak Əhli-Beytinə salavat və salamla başlayan bəyanatda deyilir:

“Yenilməz və qüdrət sahibi olan Allaha həmd edirik ki, yenidən Həcc mərasimini müsəlman xalqlarının qayıdış nöqtəsi qərar verdi və bu fəzilət və rəhmət yolunu onların üzünə yenidən açdı. İslam ümməti indi yenidən öz vəhdət və birliyini bu şəffaf və əbədi güzdüdə görə, təfriqə və ixtilaf salan niyyətlərdən uzaqlaşa bilər.

Müsəlmanların birliyi məsələsi Həccin əsas iki təməlindən biridir. Sirli Həcc fərizəsinin digər əsas təməli də mənəviyyatdir. Bu ikisi bir yerdə İslam ümmətini yenilməzliyin və səadətin qülləsinə çatdıra bilər və müsəlman ümmətini “İzzət və yenilməzlik Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur”, ayəsinin bir nümunəsi edə bilər. Həcc bu iki siyasi və mənəvi amilin tərkibi və Müqəddəs İslam dini də siyasət və mənəviyyatın əzəmətli tərkibidir.”

İslam313.info