İyunun 8-də azərbaycanlı ruhani Hacı Adil Əhmədov İranın Simnan şəhərinin yaxınlığında avtomobil qəzasına düşüb. Hacı Adil daxil olmaqla üç nəfər yaralanıb. Bu barədə iyunun 9-da Maide.az xəbər verib.

Bildirilib ki, hadisə din xadiminin Məşhəd ziyarətindən qayıtdığı zaman baş verib. Belə ki, avtomobilin sürücüsü Məşhəd-Tehran magistral yolunda idarəetməni itirib. Nəticədə Hacı Adil və daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Ruhaninin ailəsinin verdiyi məlumata əsasən, onun vəziyyəti orta ağır qiymətləndirilir.

………..

Bugün səhər alınan məlumat görə Hacı Adil əməliyyat olunub. Hacıya Allah təaladan şəfa diləyirik.

İslam313.info