Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu həftə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qızlar üçün Quran qiraəti konkursunun final qiymətləndirmə mərhələsi başlayıb.

Bu mərhələ 10 martadək davam edəcək.

Müsabiqənin sözügedən mərhələsində ümumilikdə 130 qız iştirak edir. Onların 63-ü məktəbli, 67-si isə Quran öyrənmə mərkəzlərinin şagirdləridir.

Xatırladaq ki, bundan öncəki mərhələdə 314 məktəbli və 165 Quran öyrənmə mərkəzinin şagirdi iştirak edirdi.

Qızlar müqəddəs Qurani-Kərimin əzbərlənməsi üzrə 11 nominasiyada müxtəlif səviyyələrdə və fərqli yaş qruplarında yarışırlar.

İslam313.info