Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür.

İmam Həsən Әsgəri (ə) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.

Atası Həzrət Hadi (ə), anası isə zəmanənin ən nəcib xanımlarından olan Susən xatun idi.

İmam Əsgəri (ə) 22 yaşında ikən, atası şəhid oldu.

O Həzrətin (ə) adı Həsən, künyəsi Әbu Muhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әsgəri olmuşdur.

Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi.

O Həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq, Samirra şəhərində dəfn olunub.

Onun yeganə övladı həmin vəd olunmuş Həzrət İmam Məhdidir (ə.f) ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra İmam Zaman ağanın (ə.f) imamət dövrü başlayır.

Mənbə: Deyerler.org