Suriyanın paytaxtı Dəməşq şəhərində Həzrət Zeynəbin (s.ə) hərəmində yeni zərihin açılışı olub.

İslam313.info  “SalamNews” a istinadən xəbər verir ki, Həzrət Zeynəbin (s.ə) hərəmindəki yeni zərih Kərbəlada hazırlanıb və Dəməşqə aparılıb.

Son günlərdə bu zərih zəvvarların üzünə açıq elan edilib.

Bundan öncəki zərih 1955-ci ildə hazırlanmış və Həzrət Zeynəbin məzarı üzərində quraşdırılmışdı. Bu zərihi pakistanlı xeyriyyəçilər düzəltmiş, isfahanlı xeyriyyəçilər isə onun gümüş və qızılla bəzədilməsini öhdəsinə götürmüşdülər.