Bu gün, sentyabrın 23-də Yeni Günəşlidə yerləşən Fatimeyi-Zəhra məscidində insanlar yeni din xadimlərinin təyin olunmasına narazılıqlarını bildirməyə davam edirlər. Bu barədə Sirat.az xəbər verir.

Məlumata görə, zöhr azanı vaxtı məscidin yeni axundlarından biri xütbə oxuyub, lakin insanların əksəriyyəti onu dinləmək istəməyib.

Din xadimi camaat namazı təşkil etdikdə isə məsciddə olanların böyük hissəsi ona iqtida etməkdən vaz keçib. Həmin an ibadətgahda yüzdən çox ziyarətçinin olmasına baxmayaraq, camaat namazı 15-20 nəfərin iştirakı ilə baş tutub. Namazdan sonra axund xütbəsinə davam edib.

Verilən məlumata əsasən, məscid qarşısına polis əməkdaşları da cəlb edilib.

Qeyd edək ki, sentyabrın 21-i Fatimeyi-Zəhra məscidində üç yeni din xadimi fəaliyyətə başlayıb. Məscid əhlinin əksəriyyəti əvvəlki axundların (Hacı Surxay və Hacı İlqar) vəzifədən kənarlaşdırılması qərarına etiraz ediblər.

İslam313.info