Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Fransa senatı idman müsabiqələrində hicabdan istifadənin qadağan edilməsinin lehinə səs verib.

Fransanın ali qanunverici palatası təklif edilən qanuna düzəlişlərin edilməsinə səs verib.

Qanun idman federasiyaları tərəfindən təşkil edilən tədbir və müsabiqələr üçün “görünən dini simvollardan istifadəni qadağan etməyi” nəzərdə tutur.

Düzəliş sağçı “Les Republicains” qrupu tərəfindən təklif edilib və 160 “lehinə” və 143 “əleyhinə” səslə qəbul edilib.

Qadağanın 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı tətbiq edilib-edilməyəcəyi məlum deyil. Olimpiyadanın təşkilati komitəsi məsələ ilə bağlı hələ şərh verməyib.

İslam313.info