Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, gözləri görməyən misirli qız 18 ay ərzində Qurani-Kərimi tam əzbərləyib.

11 yaşlı Roaa əl-Seyyid görmə ilə bağlı problemlərə baxmayaraq qısa müddət ərzində müqəddəs kitabın hafizinə çevrilməyi bacarıb.

6-cı sinifdə oxuyan qız yerli mədrəsəyə gedərək Quranı əzbərləyib.

Müsəlman qız bunun üçün böyük səy göstərib. O, hafizlər üçün keçirilən fərqli-fərqli müsabiqələrdə bir neçə mükafat qazanıb.

Mədrəsə müəllimlərindən biri deyir ki, Roaa bütün mədrəsə üçün xoşbəxtlik və sevinc mənbəyi olub.

“O, digər şagirdlər üçün ümid mənbəyidir”, – deyə qeyd edilib.

11 yaşlı qızın özü deyir ki, əzbərləmək prosesinin əsas hissəsi mobil tətbiq vasitəsi ilə ayələri dinləyərək baş verib.

İslam313.info