İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü – “Ərbəin”də Əhlibeyt dostlarının olduğu ölkələr kimi, Gürcüstandan da səfər təşkil olunacaq.

Az.rasthaber.com xəbər verir ki, əsas səfər Marneulidən baş tutacaq.

Əldə etdiyimiz məlumata görə, Marneulidən səfəri İmam Əli (ə) məscidi, Əhlibeyt Cəmiyyəti, Qızılhacılı məscidi icması, Gürcüstan İslam Araşdırmalar Mərkəzi təşkil edəcək.

Tbilisidən isə səfər Poniçala (Soğanlıq) Əhlibeyt məscidi tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, adı sadalan yerlərdən ən azı bir avtobus yola düşəcək. Ziyarətə getmək istəyənlərin sayı çox olacağı təqdirdə avtobusların sayı da artırılacaq.

İslam313.info