Səudiyyə Ərəbistanının mülki aviasiyasının yeni təlimatında aviaşirkətlərdən sərnişinlərə təyyarədə öz baqajlarında Zəm-zəm suyu aparmağa icazə verməməyi tələb edib.

İslam313.info “Az.rasthaber.com” a  istinadən xəbər verir ki, Baş Mülki Aviasiya İdarəsi (GACA) bütün aviadaşıyıcılar üçün yeni bildiriş göndərib və sərnişinlərə reyslərin bortunda öz baqajlarında Zəm-zəm suyu olan butulkaları daşımağı qadağan edib.

Qeyd edilib ki, qaydalara riayət etməyənlərin bu hərəkəti qanun pozuntusu kimi dəyərləndiriləcək və həmin şəxslərə qarşı “hüquqi tədbirlər görüləcək”, onlar buna görə məsuliyyətə cəlb ediləcəklər.

Qərarın səbəbi ilə bağlı isə açıqlama verilməyib.

İslam313.info