Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanın cənubunda yerləşən Karnataka ştatında bir qrup müsəlman qız hicab qadağasına görə məktəb məşğələlərində iştirak edə bilmir.

Söhbət Udupi şəhərindəki dövlət qızlar məktəbində oxuyan 4 şagirddən gedir.

Məktəbin direktoru Rudra Qovda deyib ki, məktəbin qaydalarına əsasən, qızlar məktəb binasında hicabdan istifadə edə bilərlər, lakin dərs zamanı hicabla iştirak qadağandır.

Şagirdlərin valideynləri artıq 2 həftədən çoxdur ki, rəhbərliklə mövcud problemi həll edə bilmirlər.

Məktəb rəsmisi Yaşpal Suvardanın sözlərinə görə, müsəlman şagird qızlar yalnız hicabsız şəkildə dərslərdə iştirak edə bilərlər.

Xatırladaq ki, 1,3 milyard nəfər əhalisi olan Hindistanın təxminən 14 faizi müsəlmanlardır.

İslam313.info