Yanğının təmizləyici maşınlardan birinin alışması nəticəsində baş verdiyi deyilir.

 Ötən gecə Məşhəddə İmam Rzanın (ə) ziyarətgah kompleksində yanğın baş verib. Yanğın hadisəsi, zamanında edilən müdaxilə nəticəsində söndürülüb.

İslamazeri.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İmam Rzanın (ə) Ziyarətgah Kompleks İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə kompleksinin Həzrət Zəhra (s) səhnində (red. meydanında) binaların birində baş verən yanğın hadisəsi zamanında edilən müdaxilə ilə söndürülüb.

Zəvvarlardan və xidmətçilərdən heç kim xəsarət almayıb.

Yanğının təmizləyici maşınlardan birinin alışması nəticəsində baş verdiyi deyilir.

İslam313.info