İraq Ordusu ölkədə gizli fəaliyyətdə olan və təqib edilən minə yaxın İŞİD üzvünün olduğunu bildirib.

İslam313.info “SalamNews”-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidmətinin rəsmisi Tahsin əl-Xəfaci açıqlama verib.

O, bəzi əyalətlərdə İŞİD sığınacaqlarının aşkarlanması və həyata keçirilən qəfil əməliyyatlar haqda açıqlama verən zaman bildirib ki, ölkədə İŞİD üzvlərinin sayı minə yaxındır.

Sözügedən terrorçuların çoxunun yerli ünsürlər olduğunu deyən İraq rəsmisi onların dörd ya beş əyalətin ucqar bölgələrində gizli sığınacaqlara çəkildiyini və ümumiyyətlə gizli fəaliyyətdə olduğunu bəyan edib.

Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın üçdə birini nəzarətə götürüb. İraq Ordusu 2017-ci ilin sonunda bütün əraziləri geri alıb.

İslam313.info