Dekabr ayının 10-u İraqda İŞİD terror təşkilatı üzərində qələbənin beşinci ildönümü qeyd olunur.

İslam313.info “SalamNesws” a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiya Sudani İŞİD üzərində qələbə günü münasibətilə, tvitter səhifəsində paylaşım edib.

O, bu paylaşımında İraq şəhidlərinə Allahdan rəhmət diləyib və ölkədə İŞİD-ə qarşı mübarizədə böyük mənəvi səfərbərlik ruhiyyəsi yaradan Ayətullah Sistaninin fətvasına görə bu müctəhidə təşəkkür edib.

İraqda vaxtilə İŞİD işğalında qalmış Nineva, əl-Ənbar, Səlahəddin və Dəhuk əyalətlərinin bəzi bölgələrində, eləcə də Bağdad, Nəcəf və Kərbəlada qələbə ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin yayından başlayaraq, bir neçə ay ərzində ölkənin üçdə bir hissəsini zəbt edib. 2017-ci ilin dekabr ayının 10-da Suriya sərhədində yerləşən Ravə rayonunun geri alınmasından sonra terror təşkilatı İraqda sonuncu coğrafı mövqeyini də itirmiş olub. Terror təşkilatı bundan sonra Suriya ərazisinə qaçıb və ya İraqda gizli sığınacaqlarına geri çəkilib.

İslam313.info