İslam313.info “Az.shafaqna.com” a istinadən xəbər verir ki, məşhur Yeni zelandiyalı reqbi oyunçusu və boksçu Sonni Bill Vilyams sosial şəbəkə səhifəsində həyatında baş verən mühüm hadisəni bölüşüb.

Belə ki, idmançı bildirib ki, onun həyat yoldaşı Alana artıq hicab taxır.

Qeyd edək ki, 37 yaşlı idmançı 2009-cu ildə İslam dinini qəbul edib və həyat tərzini tam dəyişib.

Vilyamsın ardınca onun anası da İslam dininə keçib.

İndi isə onun xanımı Alana Raffi hicaba keçib.

Vilyams öz ailə fotosunu – xanımı və 4 övladı ilə birgə şəkli paylaşaraq yazıb: “Allaha həmd olsun ki. mənim yoldaşım hicab taxmaq qərarına gəldi. Bu, mənim həyatımdakı ən qürurverici anlardan biridir”.

İslam313.info