İngiltərənin “The Guardian” qəzeti bu ölkədə müsəlmanların 93%-nin özlərini ingilis hesab etdiklərini və özlərini ona aid hiss etdiklərini vurğulayan məqaləsində bu ölkədə müsəlmanlara qarşı həyata keçirilən əməliyyatların çoxluğundan xəbər verib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Britaniya Müsəlman Şurasının sözçüsü Meqdad Firsi “Guardian” qəzetinə deyib ki, Britaniya müsəlmanları islamofobiyanın onlara yaratdığı problemlərlə üzləşirlər. Bu ölkədə insanların çoxu diqqətdən kənarda qalmağın nəticəsi olan vəziyyətlərdən keçir.

Firsi bu məqalədə diqqətini “Hyun Savanta” Ticarət İnstitutunun dərc etdiyi sorğuya yönəldib. Buna əsasən, Britaniya müsəlmanlarının 69%-i iş yerində islamafobiya aktlarına məruz qalır. Əgər onlar qaradərili müsəlmandırlarsa, bu nisbət 76%-ə yüksəlir.

Sorğunun nəticələrinə görə, 53% Britaniyada müsəlmanların qəbul edilməsinin yaxşılaşdığına inanır. Digər sorğuların da göstərdiyi kimi, müsəlmanların 93%-i özünü Britaniyaya aid hiss edir.

İslam313.info