16 iyunda İstanbulda “D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı”nın (“İslam Səkkizliyi”) İnvestisiya Forumu keçiriləcək.

Az.shafaqna.com AA-ya xəbər verir ki, bu barədə Türkiyə Ticari Palataları və Əmtəə Birjaları (TOBB) İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Tədbir D-8-in qurulmasının 25-ci ildönümü münasibəti ilə təşkil edilir və TOBB-un dəstəyi ilə D-8-in katibliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

Forumun işində D-8-ə üzv ölkələrin investisiya agentlikləri və ticari-sənaye palatalarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “İslam Səkkizliyi”nə Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan daxildir.

İslam313.info