Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, İsveçin “Demokrat İsveçlilər” (Dİ) adlı ultra-sağçı partiyası özəl müsəlman məktəblərinin qapadılması məsələsini öz proqramına daxil edib.

Dİ partiyasının toplantısı zamanı “İsveçdəki islamçı məktəblərin” fəaliyyəti müzakirə edilib.

Partiya üzvləri qərara gəliblər ki, həmin təhsil müəssisələri bağlanmalıdır.

Maraqlı məqam budur ki, ölkədəki digər dini məktbətlər onlarda narahatlığa səbəb olmur.

Qeyd edək ki, adıçəkilən partiya daha öncə də özəl müsəlman məktəblərinin qapadılması məsələsini dəfələrlə qaldırıb. Partiyanın məktəb siyasəti üzrə rəsmisi Riçard Yomsxof özəl müsəlman məktəblərinin qapadılmasına dair qanun layihəsi də hazırlayıb. O, öz müsahibələrinin birində İslamı “pis din” adlandırıb.