Maide.Az “Əfqanıstan mediasına” istinadla xəbər veri ki, cümə günü Kabildəki “Xəlifə Sahib” məscidində dəhşətli partlayış baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış zamanı məsciddə çox sayda insan namaz qılırmış. Partlayış cümə namazı vaxtı baş verib. Twitter xəbər mənbələrinin hadisə şahidinə istinadən verdiyi məlumata görə, ölən və yaralananların sayı 300-dən çoxdur, lakin bu rəqəm hələlik təsdiqini tapmayıb.

Partlayış zamanı məsciddə 400-500 nəfərin olduğu bildirilir. Ölənlərin dəqiq sayı məlum deyil.

İslam313.info