Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Karnataka ştatında hicaba tətbiq edilən məhdudiyyət probleminin fonunda Pəncab ştatının Ludhiana şəhərində çox sayda müsəlman qadın hicaba dəstək akiyası keçirib.

Şəhərdə “hicabla marş” aksiyası keçirilib.

Müsəlman xanımlar hicab geyinmək hüququnun müdafiəsini tələb ediblər.

Hicab – bizim hüququmuzdur, azadlığımızdır və kimliyimizdir“, – deyə müsəlman xanımlar bəyan ediblər.

Onlar Kartanaka ştatında bir qrup radikal induistin hicablı müsəlman xanıma qarşı aqressiv rəftarını da tənqid ediblər.

İslam313.info