Türkiyənin On4 televiziyasının Azərbaycandakı təmsilçiliyi fəaliyyətə başlayıb.

Bu barədə Az.shafaqna.com-a On4 Azərbaycanın təsisçi-direktoru Emin Səmədov məlumat verib.

O qeyd edib ki, hələlik On4TV-də Azərbaycandan hazırlanan iki veriliş təqdim olunur.

Birinci veriliş “Haqqın Sədası” çərşənbə günü saat 21:00-da yayımlanacaq. Verilişin müəllifi ilahiyyatçı Samir Ağayevdir.

İkinci veriliş isə Pərvin İsmayılovun təqdimatında “Söz səndə”dir. Bu veriliş isə hər bazar ertəsi saat 21:00-da yayımlanacaq.

Qeyd edək ki, On4 Azərbaycanın təsisçi-direktoru Emin Səmədov həm də, “Shafaqna”nın Azərbaycandakı şöbəsinin video və sosial şəbəkələr işləri üzrə müdiridir.