Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, cari ildə krallıq vətəndaşı olmayan 2 kateqoriya insanlara Həcc ziyarətini yerinə yetirməyə icazə veriləcək.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən bildirilib.

Həcci yalnız müvafiq vizası olanlar və ya krallıqda daimi surətdə yaşayanlar yerinə yetirə biləcəklər“, – deyə qeyd edilib.

Bu isə o deməkdir ki, qonaq və ya işgüzar vizası olanlar 2022-ci ildə Həcc ziyarətində iştirak üçün ərizə verə bilməyəcəklər.

Bu ilki Həccin təşkilati məqamları, həmçinin ziyarət icazəsi veriləcək zəvvarların sayı barədə isə sonra məlumat veriləcək.

Xatırladaq ki, ötən il 60 min vətəndaşa və krallıqda yaşayan insana, vaksinasiya olunmaq şərti ilə, Həcc əməlini yerinə yetirməyə icazə verilmişdi.

İslam313.info