Qərargahı Sənada yerləşən Qadın və Uşaq Hüquqları Təşkilatı qeyd edib ki, Səudiyyə koalisiyasının Yəmənə qarşı 8 illik təcavüzü zamanı 13 min 473-dən çox yəmənli uşaq və qadın həlak olub və yaralanıb.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, Səbanet xəbər agentliyinin məlumatına görə, Yəmənin qadın və uşaq hüquqları təşkilatı “İntisaf” dünən Ümumdünya İnsan Haqları Günü münasibətilə Səudiyyə Ərəbistanının hücumları nəticəsində yəmənli uşaq və qadınların öldürüldüyünü açıqlayıb.Bu bəyanatda Yəməndə BMT-nin bütün qanun və qaydalarının pozulduğu və BMT-nin yəmənli qadın və uşaqların hüquqlarının qorunmasında heç bir rolunun olmadığı bildirilib.

Bu təşkilatdan edilən şərhdə, həyatını itirən qadın və uşaqların sayı 2436 qadın və 3 min 876 uşaq olmaqla 6 min 312-yə, yaralanan qadın və uşaqların sayının isə 2 min 862 qadın və 4 min 263 nəfər olmaqla, 7 min 125 nəfərə çatdığını bildirib.

BMT-yə bağlı təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF dəfələrlə xəbərdarlıq ediblər ki, təcavüzkarların Yəmənə qarşı davam edən hücumları səbəbindən Yəmən xalqı ötən əsrdə görünməmiş aclıq və humanitar fəlakətlə üzləşib.

İslam313.info