Ayətullah əl-uzma Seyyid Muhəmməd Səid əl-Həkimi vəfat edib.

Bu barədə Hacı Fariz məlumat paylaşıb.

Məlumatda deyilir:

“Şiə dünyasının böyük müctəhidlərindən biri olan Ayətullah əl-uzma Seyyid Muhəmməd Səid əl-Həkimin fani dünya ilə vidallaşma xəbəri bizi çox sarsıtdı. Bu böyük itkiyə görə, ilk öncə əsrin sahibinə (əc) sonra O həzrətin sayəsində əziz və dəyərli qardaşım höccətül islam vəl müslimin seyyid Riyaz Həkim başda olmaqla, bütün Həkim ailəsinə, ailəmiz adından dərin hüzünlə baş sağlığı verirəm.

Həkim ailəsi şiyyə dünyasına xüsusilə İraq xalqına aid olan bütün tale yüklü məsələlərdə müstəsna rola malik bir ailədir. Bu ailənin ən nufuzlu siması rəhmətlik seyyid Möhsün Həkim olub. O, öz zamanəsinin bütün ictiami və siyasi məslələrinə agah bir alim idi.

Demək olar ki, bütün siyasi, ictiami, sosioloji və başqa məslələrdə fətvalar verirdi.

Həkim ailəsinin şəcərəsi imam Həsənin (ə) oğlu Həsən Müsənnaya çatır.

Həkim ailəsinin cəddi Seyyid Əli Həkim Səfəvi hökümdarı birinci şah Abbasın xüsusi təbibi olub. Yəni bir zamanlar Həkim ailəsiylə azərilər birləşərək Peyğəmbər (s) Əhli-beytinə (ə) xidmətlər göstəriblər…

Bu gün məhs belə bir ailənin şiə dünyasına ərməğan etdiyi ən nufuzlu siması seyyid Muhəmməd Səid əl Həkim dünyasını dəyişdi. Allah ruhunu şad eləsin…”