Yəməndə 2,223 məhbus və əsir mübadilə ediləcək.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı koalisiyası və beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət mənbələri məlumat veriblər.

Müvəqqəti paytaxtı Ədən şəhərində yerləşən hökumətin mənbələri bildiriblər ki, husilərlə onlar arasında qarşıdurma başlayandan bu yana ən böyük mübadilə həyata keçiriləcək.

Burada ümumilikdə 2,223 əsir və məhbusun mübadiləsi ilə bağlı razılığın əldə edildiyi bildirilib.

Qeyd edək ki, 2015-ci ilin martında Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə hərbi müdaxiləsindən sonra ölkədə qarşıdurma daha da şiddətlənib. Artıq bu koalisiyanın Yəmənə müdaxiləsi səkkizinci ilə daxil olub.

İslam313.info