Az.shafaqna.com “Yoldan tapdığımız pul və digər əşyaların hökmü nədir?” sualına böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin cavabını təqdim edir:

Sual: Yoldan tapdığımız pul və digər əşyaların hökmü nədir?Cavab: Əgər bir şəxs itirilmiş pul (əşya) tapsa və sahibini müəyyən etmək üçün üzərində heç bir əlaməti olmasa, qiyməti bir dirhəmdən (təxminən 2.5 qram gümüş) az olub-olmamasından asılı olmayaraq, insan onu özünə götürə bilər.
Amma məkan ya da zaman xüsusiyyətləri, yaxud məbləği pul üçün bir əlamət sayılırsa, onun tapılmasını elan etməlidir.

İslam313.info