Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində şiə məscidinə bıçaqlı hücum nəticəsində azı 4 nəfər yaralanıb.

Bu barədə bu gün təhlükəsizlik rəsmilərinin bəyanatına istinadən “Kabul News” telekanalı məlumat yayıb.

Məlumata əsasən, insident ötən gün dekabrın 26-da günorta Qəndəhar vilayətinin eyniadlı inzibati mərkəzində baş verib. Adı açıqlanmayan basqınçı bıçaqla məscidə gələ 4 nəfəri bıçaqlayıb.

Təhlükəsizlik qüvvələri onu saxlamağa müvəffəq olub. Onun hansısa radikal qruplaşmanın üzvü olub-olmaması barədə kanal dəqiqləşdirməyib.

İslam313.info