Yəmənin Ənsarullah hərəkatı (husilər) cümə axşamı günü elan edib ki, 8 ildir davam edən müharibə nəticəsində nəzarətlərində olan ərazilərdə körtəbii salınan düşərgələrdə 1,2 milyondan çox insan ağır şəraitdə yaşayır.

İslam313.info “SalamNews” a istinadən xəbər verir ki, bu barədə Ənsarullah hərəkatı tərəfindən yaradılmış “Humanitar Məsələlərin İdarə və Koordinasiyası üzrə Ali Şura” twitter-də məlumat verib.

Bildirilib ki, “199.433 köçkün ailəsini təmsil edən 1,239,581 qaçqın keçən ilin sonuna qədər salınan 1,697 kortəbii düşərgə və sığınacaqda yaşayır. Onlar müxtəlif humanitar yardımlardan və sadə yaşayış tələbləri imkanlarından məhrumdurlar.”

“Bu düşərgələrdə məcburi köçkünlər arasında 618,122 qadın sosial müdafiədən, ictimai, səhiyyə xidmətlərindən və sudan məhrumdur, 5 yaşından kiçik 193,035 uşaq isə qidalanma, xəstəliklər, soyuqdəymə və qayğı ilə bağlı xidmətlərindən məhrumdur”, deyə bəyanatda əlavə edilib.

Həmçinin əlavə edilib ki, “burada 114,000-ə yaxın qoca həyatlarına risk yaradan şəraitdədirlər.”

Qeyd edək ki, hazırda Yəmənin 13 əyaləti Ənsarullah hərəkatının nəzarətindədir və bu bölgələr Səudiyyə Ərəbistanı hərbi koalisiyasının hava, quru və sudan mühasirəsindədir. Ənsarullah hərəkatı atəşkəsin şərtlərinə əməl edilmədiyini, yanacaq, qida və dərmanları daşıyan gəmilərin limanlara yan almasına, habelə hava nəqliyyatının vaxtında həyata keçirilməsinə maneə törəildiyini bildirir.

Ənsarullah hərəkatı nəzarətində olan bölgələrdə (13-15 əyalət) 5,200,000-ə yaxın qaçqının olduğunu bildirir.

İslam313.info