Afrikanın şərq və cənub hissələrində 150 milyondan çox afrikalı uşaq yoxsulluq və iqlim dəyişikliyinin mənfi nəticələri şəraitində böyüyür.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Save The Children” (“Uşaqları xilas edək”) fondunun məruzəsində bildirilib.

Cənubi Sudandakı uşaqların 87 faizi yuxarıda qeyd edilən hər iki təhdidə eyni anda məruz qalır. Daha sonra Mozambik (80%) və Madaqaskardakı (73%) uşaqlar gəlir.

Bundan başqa, yoxsulluq və iqlim dəyişikliyinin mənfi təsirləri altında Keniyada 16,3 milyon uşaq yaşayır.

Sənəddə xəbərdarlıq edilib ki, əgər təcili tədbirlər görülməsə, milyonlarla insan sel və ya quraqlıq baş verəcəyi halda daha da zəif olacaq.

Afrika kontinentinin şərq və cənubdakı bir sıra regionları güclü quraqlıqla mübarizə apardığı əsnada digərləri güclü yağışların səbəb olduğu sellərlə üzləşir.

İqtisadiyyatı xarici kapitaldan asılı olan Afrika ölkələri ərzaq qiymətlərindəki qlobal artımın səbəb olduğu iqtisadi böhrandan ən çox zərər görən ölkələrdir.

İslam313.info