Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) cümə günü bildirib ki, təcili tədbirlər görülməsə, başda uşaqlar olmaqla, milyonlarla yəmənlinin aclıqla üzləşəcəyini bildirib.Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, UNİCEF-in Twitter hesabında Yəməndəki “aclıq böhranı” ilə bağlı açıqlama verilib. Açıqlamada bildirilir:”Yəməndəki uşaqlar qida çatışmazlığından yox, ailələrinin yemək almağa pulu olmadığı üçün aclıqdan qıvranırlar. Təcili tədbirlər görülməsə, milyonlarla insan aclıqdan ölə bilər. Yəmən gözləməyə dözə bilməyəcək. İqtisadi çöküşün Yəməndəki humanitar böhrana təsirini az saymaq olmaz“.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 30 yanvar 2022-ci il tarixli bəyanatında qarşıdurmaların və iqtisadi çöküşün getdikcə ağırlaşdığı Yəməndə, aclığın bütün ölkəyə yayılmağa başladığına diqqət çəkmişdi.Açıqlamada həmçinin, ölkənin şimal-qərbində yerləşən Həccə əyaləti kimi müharibədən ən çox zərər çəkmiş bəzi bölgələrdəki ailələrin, ağac yarpaqları yemək kimi çarəsiz tədbirlərə əl atdıqları qeyd edilib.Xatırladaq ki, 22 dekabr 2021-ci ildə WFP maliyyə çatışmazlığı səbəbindən Yəmənə ərzaq yardımının 2022-ci ilin yanvarından azaldılacağını açıqlayıb.

İslam313.info