Yəmənin Səhiyyə Nazirliyi təcavüzkar Səudiyyə koalisiyasının Yəməni mühasirəyə alması səbəbindən Yəməndə xüsusi dərmanların olmamasının 40 mindən çox xəstənin həyatını təhdid etdiyini açıqlayıb.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyinin (Saba) məlumatına görə, Yəmən Səhiyyə Nazirliyinin cümə axşamı günü verdiyi açıqlamada, Səudiyyə koalisiyasının ölkəni mühasirəyə alması və bunun nəticəsində də xüsusi dərman vasitələrinin olmaması səbəbindən anemiyanın 40 min, talassemiyanın isə 1500 xəstəni təhdid etdiyini bildirib.

Yəmənin Səhiyyə Nazirliyi verdiyi açıqlamada Yəməndə fəaliyyət göstərən beynəlxalq təşkilatlardan Yəmənin səhiyyə sektoruna, xüsusilə talassemiya və hemolitik anemiya xəstələrinə dəstək olmaq üçün öz öhdəliklərini yerinə yetirmələrini istəyib.

Nazirlik həmçinin, BMT və ona bağlı qurumlardan Yəmənin blokadasına son qoyulması, Səna hava limanı və Hudeyda limanının yenidən açılması, xəstələrin həyatını xilas etmək və ehtiyac duyduqları dərmanlarla təmin etmək üçün təcavüzkar ölkələrə təzyiq göstərməyi xahiş edib.

Yəmənin Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlardan xəstələrin ehtiyacı olan qanın köçürülməsi və təchizatı üçün səylərini artırmağı xahiş edib.

Yəmən Talassemiya Dərnəyinin prezidenti Əhməd Şəmsan keçən aya qədər 463 yəmənli xəstənin dərman çatışmazlığı səbəbindən həyatını itirdiyini və 700 yeni talassemiyalı xəstənin müəyyən edildiyini bildirərək, bu xəstəliyin yayılmasının qarşısının alınması üçün təşəbbüslərin görülməsi lazım olduğunu vurğulayıb.

İslam313.info