Hindistan polisi Məhəmməd Peyğəmbərin (s.ə.a.s) təhqir olunmasına qarşı həftəsonu keçirilmiş etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

İslam313.info xəbər verir ki, Hindistanda Məhəmməd Peyğəmbərin (s.ə.a.s) təhqir edilməsinə qarşı etirazlar davam edir. 

Ölkənin müxtəlif şəhərlərində müsəlmanlar dinlərinə hörmət, ibadət azadlığı və hicaba icazə tələb edərək aksiyalar keçiriblər. Etirazlar zamanı polislə toqquşmalar baş verib.

Xatırladaq ki, daha öncə Hindistanın Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Sharma Məhəmməd Peyğəmbəri (s.ə.a.s) təhqir edən paylaşım edib. Bu da müsəlmanların qəzəbinə səbəb olub. Hadisədən sonra Nupur Şarma və onun ortağı Naveen Jindal işdən çıxarılıblar. Onlara qarşı cinayət işi başlanılıb.

İslam313.info