İranın Fars əyalətində qəfil gələn sel daşqınları azı 15 nəfərin həyatına son qoyub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fars Əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumata görə, Fars əyalətinin İstahban rayonunda Rudbal çayı sahilində istirahət edənlər qəfil sel sularına məruz qalıblar. Hadisə nəticəsində 15 nəfər ölüb və daha 10 nəfər itkin düşüb.

On beş maşını su aparıb.

İtkin düşənlərin axtarılması işləri davam edir.

İslam313.info