İranın Xuzestan əyalətinin İzə şəhərində uşaq və qadınlar da daxil olmaqla yeddi nəfərin ölümünə səbəb olan silahlı hücumu İŞİD üzərinə götürüb.

İslam313.info “SalamNews”-a istinadən xəbər verir ki, Rusiyanın RT və İranın əl-Aləm telekanalları bu barədə məlumat yayıblar.

Bildirilib ki, İŞİD bəyanat yaymaqla İzə hücumunun onun tərəfindən həyata keçirildiyini bəyan edib.

Qeyd edək ki, ötən gün axşam 17.30 radələrində iğtişaşlar zamanı polis qüvvələri və mülki insanların olduğu istiqamətində motosikletlər tərəfindən avtomatdan atış açılıb.

Bu hücumda beş mülki şəxs və iki təhlükəsizlik işçisi həyatını itirib, daha doqquz nəfər yaralanıb.

İslam313.info