İraq hökuməti Suriyanın şərqində ABŞ və separatçı kürd bölmələrinin nəzarətində olan, əsasən İŞİD üzvləri və onların ailələrinin saxlanıldığı əl-Houl düşərgəsi barədə dünya dövlətlərinə çağırış edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın Milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəci tvitter hesabında yazıb.

O, hesabında Hollandiya hökumətinin əl-Houl düşərgəsindən 28 uşaq və doqquz qadını çıxarılması və Hollandiyaya qaytarılmasını alqışlayıb və digər ölkələri də oxşar addımlar atmağa çağırıb.

“Terrorun canlı qüvvələrinin, kinin, nifrətin və radikallığın qaynağını aradan aparmaq üçün ciddi addımlar atılmalıdır”, deyə Qasim əl-Ərəci dünya dövlətlərinə əl-Houl düşərgəsi məsələsinə biganə qalmamağa çağırıb.

Qeyd edək ki, əl-Houl düşərgəsində İŞİD-in üzvləri və onların ailələri saxlanılır. Onların sayı 80 min civarındadır.

İslam313.info

By Admin