İraqda dünəndən etibarən başlayan qum fırtınası səbəbindən 5 nəfər həyatını itirib, yüzlərlə insan nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Az.rasthaber.com “MEHR”ə istinadən xəbər verir ki, İraqın Səlahəddin əyalətinin Tuzhurmatu rayonunda qum fırtınası nəticəsində 5 nəfər həyatını itirərkən, yüzlərlə adam nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Ölkənin paytaxtı Ərbildə 222, Süleymaniyyədə 45 nəfər xəstəxanaya yerləşdirilərkən, İraq Kürd Regional Rəhbərliyi (İKRG) Səhiyyə Nazirliyi vətəndaşları evdə qalmağa çağırıb.

İslam313.info