İraqda qum fırtınası səbəbindən minlərlə insan tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edib.

İslam313.info “Report” a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, bütün ölkəni əhatə edən qum fırtınası səbəbindən boğulma riski ilə üzləşdikləri üçün xəstəxanalara müraciət edənlərin sayı 4 000 nəfərə çatıb.

Səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Güclü qum fırtınaları səbəbindən Bağdadın, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

İslam313.info