İraqın Kərkük vilayətində partlayış nəticəsində həlak olan polislərin sayı 10-a çatıb.

İslam313.info “Report” a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Shafaq News” xəbər portalının məlumatına görə, partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə pusqu quran bir qrup silahlı arasında atışma başlayıb. Terrorçulardan biri məhv edilib. Hazırda Əl-Xuveyci bölgəsində polis qaçmağa müvəffəq olmuş terrorçuların tutulması üçün genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, hadisə Kərkük vilayətinin şimalında Əl-Xuveyca kəndi yaxınlığında baş verib.

İslam313.info